“Qarabağ” hakimdən UEFA-ya şikayət edəcək

“Qarabağ” hakimdən UEFA-ya şikayət edəcək
  31 İyul 2014    Oxunub:1478
"Qarabağ" klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin "Zalsburq"la keçirilən ilk oyununun hakimliyi ilə bağlı UEFA-ya şikayət edəcək.
AzVision.az xəbər verir ki, bu barədə qol.az saytına klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

Ukraynalı baş hakim Sergey Boyko görüşün 86-cı dəqiqəsində "Qarabağ"ın futbolçusu Reynaldo Silvaya birbaşa qırmızı vərəqə verərək onu meydandan qovub. "Qarabağ" klubu isə həmin epizodda qayda pozuntusunun olması ilə razılaşsa da, hakimin qırmızı vərəqə qərarına etiraz edib. Klub rəsmisinin sözlərinə görə, bu gün hakimin qərarı ilə bağlı UEFA-ya şikayət ərizəsi göndəriləcək.

Qeyd edək ki, UEFA-nın apellyasiya komitəsi növbəti oyunun keçirilməsinə bir gün qalmışa qədər bu məsələyə baxmalıdır.


Teqlər:





Xəbər lenti