Alimlərin fikrincə, yaxın gələcəkdə ən güclüsü növbəti maqnit qasırğası olacaq. Artıq aprelin 17-də vəziyyət sakitləşəcək və sonra normala qayıdacaq. Bununla belə, proqnoz yeni məlumatlar əsasında dəyişə bilər.
Eyni zamanda, yaxşı xəbərlər də var. Bundan əvvəl alimlər Günəşdə böyük tac dəliklərinin parçalandığını qeyd etmişdilər. Yanvar-mart ayları arasında onların Yer kürəsinə çox təzyiq təzyiq göstərməsi nəticəsində geomaqnit aktivliyi sabitləşib.
Maqnit qasırğasının fəsadları
Maqnit qasırğaları Yerin maqnit sahəsinin güclü şəkildə pozulması deməkdir. Onlar kosmik məkanın havası səbəbindən yaranırlar. Ona Günəşdəki partlayışlar təsir göstərir. Günəşdə artan aktivlik Günəş sistemindəki digər obyektlərə də təsir edir.
Maqnit qasırğaları zamanı həm Yerin orbitində, həm də planetin özündə müxtəlif avadanlıqların işində fasilələr yarana bilər. Bu, yüklü hissəcik axınlarının təsiri ilə, həmçinin atmosferin yuxarı təbəqələrinin strukturunda baş verən dəyişikliklərlə əlaqədardır. Nəticədə peyklər tərəfindən siqnalların ötürülməsində problemlər üzə çıxır.
-1744624290.jpg)
Maqnit qasırğalarının təsirini meteohəssas insanlar da hiss edə bilər. Məsələn, dəyişikliklər miqren və yuxu pozğunluğuna, istinad-hərəkət sistemi ilə bağlı problemlərin kəskinləşməsinə səbəb olur. Mütəxəssislər belə günlərdə maksimum dərəcədə evdən çıxmamağı məsləhət görürlər.
Əvvəllər ən güclü geomaqnit qasırğalarını hansı amillərin doğurduğunu öyrənən alimlərin iddiasına görə, bu, iki böyük günəş hadisəsi üst-üstə düşəndə baş verir.
Xatırladaq ki, 2025-ci ildə astronomlar artıq ən yüksək səviyyəli “X” Günəş partlayışlarını qeydə alıblar. Bir neçə aydan bir baş verən belə partlayışlar daim alimlərin yaxından izlədikləri obyektə çevrilirlər.
Sahil İsgəndərov
AzVision.az