Serbiya Aİ-nin ultimatumuna baş əydi

Serbiya Aİ-nin ultimatumuna baş əydi
  14 Aprel 2025    Oxunub:1027
Serbiyanın yeni baş naziri Curo Matsuta tərəfindən təklif edilən hökumətin yeni siyahısında baş nazirin müavini Aleksandr Vulinin adı yoxdur.
AzVision.az Serbiyanın dövlət tele-radio şirkətinə istinadən xəbər verir ki, yeni hökumətin rəhbərinin müavinləri arasında Sinisa Mali, İvitsa Daçiç və Adriana Mesaroviç də var. Lakin Aleksandr Vulin, ümumiyyələt, nazirlər kabinetinin yeni tərkibinə salınmayıb. Serbiyanın yeni hökumətinin təsdiqi üçün keçiriləcək iclas sabaha planlaşdırılıb.

Xatırladaq ki, aprelin 9-da Avropa İttifaqının (Aİ) Serbiyaya verdiyi ultimatumda Aleksandr Vulinin yeni hökumətdən uzaqlaşdırılması tələb olunurdu.

Kreml Aİ-nin ultimatumuna münasibət bildirib
“Prezident Aleksandar Vuçiçə Brüsseldən təzyiq edilir ki, Vulini gələn həftə formalaşacaq yeni hökumətdən kənarlaşdırsın”, - adı açıqlanmayan mənbələr bildirmişdilər.

Aprelin 7-də Serbiya prezidenti Aleksandr Vuçiç baş nazir postuna siyasi təcrübəsi olmayan, tibb üzrə professor Curo Matsutanın namizədliyini irəli sürüb. O, tələbələrin etirazları fonunda istefa verən keçmiş baş nazir Miloş Vuçeviçi əvəz edəcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:     Serbiya   ultimatum  





Xəbər lenti