“Get tullan!” – Netanyahunun oğlu Makrona cavab verdi

      “Get tullan!”    – Netanyahunun oğlu Makrona cavab  verdi
  13 Aprel 2025    Oxunub:2429
Bir neçə gün əvvəl Fransa prezidenti Emmanuel Makron ölkəsinin iyun ayında Fələstini dövlət kimi tanımağa hazırlaşdığını bəyan etmişdi. Onun sözlərinə görə, Paris BMT-nin Yaxın Şərqdəki münaqişələrin nizamlanması ilə bağlı Nyu-Yorkda keçirəcəyi konfransda bu addımı atmağa hazırlaşır.
“Biz Fələstini tanımağa doğru getməliyik və yaxın aylarda bunu edəcəyik”,- deyə Makron bildirmişdi.

İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu “X” sosial şəbəkəsindəki hesabında Makrona çox kobud cavab verib.

- Get tullan! – Yair Netanyahu yazıb – Yeni Kaledoniyanın müstəqilliyinə “hə” deyirik! Fransa Polineziyasının müstəqilliyinə “hə” deyirik! Korsikanın müstəqilliyinə “hə” deyirik! Basklar ölkəsinin müstəqilliyinə “hə” deyirik! Fransa Qvineyasının müstəqilliyinə “hə” deyirik! Fransanın qərbi Afrikadakı neoimperializmini dayandırın!

Tariyel Həsənov
AzVision.az


Teqlər: İsrail   Fransa  





Xəbər lenti