Qarabağ erməniləri Paşinyanın seçki proqramını yandırdı - VİDEO

Sputnik Armeniya ayzıb: "İrəvanda Qarabağdan olan bir qrup fəal və ictimai xadim etiraz aksiyası keçirir. Əvvəlcə onlar Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısına toplaşıblar.Aksiyanın məqsədi etirazçıların Ermənistan hakimiyyətinin siyasəti ilə razılaşmadığını bildirmək olub. Mitinq iştirakçıları bəyan ediblər ki, Ermənistan rəhbərliyini "Qarabağ səhifəsi"ni bağlamağa haqqı yoxdur. Onlar martın 29-da keçirilən mitinqdə irəli sürdükləri tələbləri, o cümlədən sosial problemlərinin həllini xatırladıblar".
Qarabağ erməniləri Paşinyanın partiyasının seçki proqramını yandırıblar
“Artsaxın (Radikalların Qarabağa verdiyi qondarma ad-red.) dirçəlişi” hərəkatının koordinatoru Anastas İsraelyan jurnalistlərə açıqlamasında deyib ki, onların qaldırdıqları məsələlər təkcə Qarabağ ermənilərini deyil, bütün erməni xalqını narahat edir.
Tural Tağıyev
AzVision.az
Teqlər: