Sevgilisini bıçaqlayan aktrisa ev dustaqlığına buraxıldı

   Sevgilisini bıçaqlayan aktrisa ev dustaqlığına buraxıldı
  14 Aprel 2025    Oxunub:958
Rusiyada aktyorlar arasında baş vermiş bıçaqlanma hadisəsinə dair yeni məlumat yayılıb.
Sankt-Peterburq bölgəsinin Kuybışevski Rayon Məhkəməsi aktrisa Aleksandra Drozdovanı iyunun 11-dək ev dustaqlığına məhkum edib. Bu barədə “Sankt-Peterburq Məhkəmələrinin Birləşmiş Mətbuat Xidməti” Telegram kanalında məlumat yayıb. Aktrisanın həbsinə səbəb qızın sevgilisi və həmkarı olan İlya Deli bıçaqlaması olub.

Məhkəmə həmçinin Drozdovaya mənzilini tərk etməyi, cinayət işinin iştirakçıları ilə əlaqə saxlamağı, telefon və internetdən istifadə etməyi qadağan edib.

Xatırladaq ki, aprelin 12-də döş qəfəsindən bir neçə bıçaq xəsarəti alan aktyor İlya Delin Sankt-Peterburqda xəstəxanaya yerləşdirilməsi barədə məlumatlar yayılmışdı. Sənətçinin vəziyyəti hələ də ağırdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti