FİFA 1 milyard ABŞ dolları “paylayacaq”

Qaydalara əsasən, qrup mərhələsində qələbəyə görə komandalara 2 milyon, 1/8 finalda iştiraka görə 7,5 milyon, 1/4 finalda iştiraka görə 13,125 milyon, yarımfinalda iştiraka görə 21 milyon dollar ödəniləcək. Finalçı klub 30 milyon dollar, turnirin qalibi isə 40 milyon dollar alacaq.
Turnirdə iştirak üçün ödənişlər də nəzərdə tutulub.
Qeyd edək ki, Klublararası dünya çempionatı 2025-ci il iyunun 14-dən iyulun 13-dək ABŞ-də keçiriləcək. Turnirdə 32 klub iştirak edəcək. Son 4 mövsümün UEFA Çempionlar Liqasının qalibləri – “Çelsi” (2021), “Real Madrid” (2022, 2024), “Mançester Siti” (2023) daxil olmaqla, 12 Avropa klubu çempionata qatılacaqlar.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: FİFA klublar çempionat