Azərbaycan millisi U-19 Avropa çempionatının əsas mərhələsində bu gün ilk matçını keçirəcək

Azərbaycan millisi U-19 Avropa çempionatının əsas mərhələsində bu gün ilk matçını keçirəcək
  26 Mart 2025    Oxunub:1157
Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Avropa çempionatının əsas mərhələsində bu gün ilk oyuna çıxacaq.
AzVision.az xəbər verir ki, İlqar Aslanovun rəhbərlik etdiyi 19 yaşlılardan ibarət futzal komandamız Bosniya və Herseqovina ilə üz-üzə gələcək.

Xorvatiyanın Omiş şəhərində yerləşən “Ribnyak” İdman sarayında baş tutacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Matçı Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya) və Kastriot Qerxhaliu (İsveç) ibarət hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, U-19 Avropa çempionatının əsas mərhələsində millimiz növbəti matçını sabah, Xorvatiya millisinə qarşı keçirəcək.

AzVision.az


Teqlər: Azərbaycan   futzal   U-19  





Xəbər lenti