İrəvanda hərbi canilərə dəstək aksiyası keçirilir - VİDEO

İrəvanda hərbi canilərə dəstək aksiyası keçirilir    - VİDEO
  14 Mart 2025    Oxunub:590
BMT-nin İrəvandakı ofisinin qarşısında Bakıda mühakimə olunan erməni hərbi canilərə dəstək aksiyası keçirilir.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Siyasi fəal Mesrop Arakelyan təxribat xarakterli çıxışı zamanı BMT-ni fəaliyyətsizlikdə ittiham edib: "Biz BMT nümayəndələrinin Bakıdakı həbsxanalara getmələrini və məhbusların saxlanma şəraiti ilə tanış olmalarını, həmçinin onların səhhətinə konkret qiymət vermələrini tələb edirik. Bizim digər tələbimiz BMT nümayəndələrinin məhkəmə proseslərində iştirakıdır".

Radikal siyasətçi bir qədər də irəli gedərək dünya ermənilərinə çağırış edib. Mesrop xaricdə yaşayan erməniləri hazırda hakim qarşısına çıxarılan hərbi canilərlə bağlı məsələyə diqqəti daha da artırmağa çağırıb. Bunun üçün ermənilər Azərbaycan səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəlikləri qarşısında xaos yaradaraq aksiyalar keçirməlidirlər.


Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti