Quterreşi Qrossi əvəz edə bilər

Quterreşi Qrossi əvəz edə bilər
  15 Mart 2025    Oxunub:430
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş katibi Rafael Qrossi Antonio Quterreşdən sonra BMT-nin Baş katibi vəzifəsini tutması imkanını nəzərdən keçirir
Bu barədə “Infobae” portalı məlumat yayıb. "Proses hələ başlamayıb", - portal R.Qrossinin sözlərindən sitat gətirib.

Qeyd edək ki, A.Quterreş 2021-ci ilin iyulunda yenidən beşillik müddətə seçilib və 2022-ci ilin yanvarında vəzifəsinin icrasına başlayıb. Onun BMT-nin Baş katibi vəzifəsində səlahiyyət müddəti 2026-cı ilin sonuna qədər davam edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti