Ermənistan sərhəddəki Aİ missiyası ilə əməkdaşlıq formasında dəyişiklikləri istisna etmir

Ermənistan sərhəddəki Aİ missiyası ilə əməkdaşlıq formasında dəyişiklikləri istisna etmir
  14 Mart 2025    Oxunub:444
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh müqaviləsinin qüvvəyə minməsindən sonra Aİ missiyası ilə əməkdaşlıq formasında dəyişiklikləri istisna etməyib.
AzVision.az xəbər verir ki, Mirzoyan jurnalistlərə bildirib ki, çox güman missiya ilə qarşılıqlı əlaqənin necə qurulacağını müzakirə etmək lazım gələcək.

Qeyd edək ki, Bakı ilə müqavilənin bəndlərindən biri üçüncü ölkələrin qüvvələrinin sərhəddə yerləşdirilməsindən imtina edilməsini nəzərdə tutur ki, bu da Aİ-nin monitorinq missiyasının gələcək taleyi ilə bağlı söhbətlərə səbəb olub.

AzVision.az



Teqlər:





Xəbər lenti