Ermənistan və İran prezidentləri Sülh Sazişini müzakirə ediblər

Ermənistan və İran prezidentləri Sülh Sazişini müzakirə ediblər
  16 Mart 2025    Oxunub:629
Ermənistanın Baş naziri Nikol Paşinyan, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Söhbət zamanı Paşinyan, Ermənistan və Azərbaycan arasında "Sülhün bərqərar edilməsi və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş" layihəsinin mətni üzrə razılığın əldə edildiyini və müzakirələrin tamamlandığını bildirib.

Tərəflər Ermənistan-İran əlaqələrinə dair regional və ikitərəfli məsələləri də müzakirə ediblər.

Röya Əliyeva
AzVision.az


Teqlər:





Xəbər lenti