Tramp "Amerikanın Səsi" ilə bağlı fərman imzalayıb

Tramp "Amerikanın Səsi" ilə bağlı fərman imzalayıb
  15 Mart 2025    Oxunub:457
ABŞ Prezidenti Donald Tramp 7 federal qurumun ləğvi barədə fərman imzalayıb.
AzVision.az xəbər verir ki, fərman Ağ Evin rəsmi saytında dərc edilib.

Həmin qurumlar arasında "Azadlıq Radiosu" və "Amerikanın Səsi"ni idarə edən Qlobal Media Agentliyi də yer alır.

Sənəddə qeyd olunub ki, qurumların rəhbərləri öz struktur funksiyaları və onlarla bağlı olan personalı qanunla müəyyən edilmiş minimum həddə qədər azaltmalıdır.

Həmçinin bildirilib ki, Tramp bu qərarı federal bürokratiyanın həcmini azaltmaq məqsədilə qəbul edib.

AzVision.az



Teqlər:





Xəbər lenti