Nazir vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələri həmçinin Suriyadakı "Zeytun budağı" və "Barış pınarı" əməliyyatlarının ərazisindəki varlığını qoruyacaq.
![]() |
Suriyanın sərhədlərini Türkiyə qoruyacaq |
"Suriyaya yaxın günlərdə növbəti hərbi heyət yollanacaq. Dəməşqlə müdafiə sazişi çərçivəsində bu ölkənin ordusunun yenidən qurulmasına dəstəklə yanaşı onlara müdafiə sənayemizin ən yeni məhsullarını da verəcəyik. Eyni zamanda, zabitlərimizdən biri Suriya Silahlı Qüvvələrində hərbi müşavir vəzifəsinə gətiriləcək", - qəzet Hakan Fidanın açıqlamasına istinadən yazır.
Xatırladaq ki, ötən ay Türkiyə və Suriya arasında müştərək müdafiə sazişi imzalayıb. Sazişin müddəalarına əsasən, Türkiyə Silahlı Qüvvələri Suriyanın sərhəd təhlükəsizliyini nəzarətdə saxlayacaq, həmçinin bu ölkədə iki hərbi baza quraraq, istənilən təhlükə şəraitində öz yardımını göstərəcək.
Firudin Həmidli
AzVision.az