Ermənistan müxalifəti protest aksiyalarına çağırıb - VİDEO

Ermənistan müxalifəti protest aksiyalarına çağırıb    - VİDEO
  01 Fevral 2025    Oxunub:327
İctimai nəqliyyatda gediş haqqının bahalaşmasına etiraz olaraq İrəvanda müxalifətin mitinqi keçirilir.
AzVision.az erməni mediasına istinadən xəbər verir ki, İrəvan Ağsaqqallar Şurasının “Ana Ermənistan” fraksiyasından olan üzvləri və “Hayastan” fraksiyasının deputatları paytaxt sakinlərini boykota çağırırlar. Aksiyaya keçmiş mer Ayk Marutyan da qoşulub.

İrəvan “ağsaqqalları” əlbəyaxa oldular - VİDEO
Ağsaqqallar Şurasının üzvləri vətəndaşları 100 dram verməyə çağırır və bunun onların konstitusion hüququ olduğunu bildirirlər. Deputatlar Qarnik Danielyan və Tadevos Avetisyan avtobuslara minir və vətəndaşlarla söhbət edirlər. Avetisyan sürücüdən üzr istəyir və minlərlə vətəndaşa qoşulduğunu və gediş üçün 150 dram ödəməyəcəyini bildirir.

Daha əvvəl açıqlanmışdı ki, İrəvan Ağsaqqallar Şurasının 33 səs lehinə olmaqla qəbul etdiyi qərara əsasən, fevralın 1-dən ictimai nəqliyyatda gediş haqqı 100 dramdan 150 dram-a (təxminən 60 qəpik) qaldırılıb. Eyni zamanda vahid bilet sistemi də etibarlı olacaq.

Qeyd edək ki, İrəvan Ağsaqqal Şurasında bu məsələnin müzakirəsi zamanı əlbəyaxa dava da olub.


Sahil İsgəndərov
AzVision.az



Teqlər:   nəqliyyat   qiymətlər   protest  





Xəbər lenti