Qəbələdə iki avtomobil toqquşub: 1 ölü

Qəbələdə iki avtomobil toqquşub:    1 ölü
  01 Fevral 2025    Oxunub:369
Ötən gün axşam saatlarında Qəbələ rayonunun Tövlə kəndində "VAZ-2106" və "VAZ-2101" markalı avtomobillər toqquşub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun məlumatına görə, hadisə nəticəsində "VAZ-2106"dakı sərnişinlərdən biri, 1958-ci il təvəllüdlü Ehsan Kərimov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Digər sərnişin Müslüm Soltanov, sürücü E.Muşdaqov, həmçinin digər avtomobilin sürücüsü Aqasif Qəribli və sərnişini Elnur Cəbrayılov xəsarət alıblar.

Yol-nəqliyyat hadisəsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

AzVision.az


Teqlər: hadisə   qəza  





Xəbər lenti