AzVision.az xəbər verir ki, sənaye zonasında baş verən partlayış nəticəsində 6 nəfər həyatını itirib, 13-ü ağır olmaqla 30 nəfər yaralanıb.
Məlumata görə, tankerin ətrafa səpələnmiş hissələri avtomobillərə və binalara ziyan vurub. Xilasedicilər partlayış nəticəsində meydana gələn yanğının saatlar sonra söndürüldüyünü bildirib. Yanğın nəticəsində çoxlu mal-qara da tələf olub.
Polis əməkdaşları tankerdən qaz sızmasının davam etdiyini və ərazidə evakuasiya işlərinə başlanıldığını bildirib. Yaralıların müalicə aldığı Niştar xəstəxanasında fövqəladə vəziyyət elan edilib, ehtiyat tədbiri olaraq ərazidə qaz və işıq kəsilib.
Həmidə İbrahimova
AzVision.az