İdxal zamanı yararsız olduğu aşkarlanan məhsullar məhv edilib

İdxal zamanı yararsız olduğu aşkarlanan məhsullar məhv edilib
  21 Yanvar 2025    Oxunub:492
Nəzarət tədbirləri çərçivəsində idxal olunan bir sıra məhsul partiyalarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumata görə, uyğunsuzluqlar əsasən idxal olunan məhsulda karantin tətbiq edilən zərərli orqanizmlərin aşkarlanması və ya normativ sənədlərin tələblərinə görə istifadəyə yararsız olması ilə bağlıdır.

Uyğunsuzluq aşkarlanan məhsul partiyaları ilə AQTA-nın saytında tanış olmaq mümkündür.

AzVision.az



Teqlər:





Xəbər lenti