Tehran Trampla danışıqlara hazırdır

Tehran Trampla danışıqlara hazırdır
  21 Yanvar 2025    Oxunub:307
ABŞ-nin yeni prezidenti Donald Tramp müvafiq istək ifadə edərsə, İran sanksiyaların ləğvi ilə bağlı Vaşinqtonla danışıqları bərpa etməyə hazırdır.
AzVision.az xəbər verir ki, İranın Xarici İşlər nazirinin müavini Kazım Qəribabadi “SNN” telekanalının efirində belə bəyanat səsləndirib.

“İran əvvəlki kimi sanksiyaların ləğvi ilə bağlı danışıqlara başlamağa və ya bərpa etməyə hazırdır. Əgər qarşı tərəf belə bir istək ifadə edərsə, o zaman danışıqlar mütləq baş tutacaq”, – Qəribabadi Trampla dialoqa başlamağın mümkünlüyü barədə sualı cavablandırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İran   Tramp   danışıqlar  





Xəbər lenti