Kolumbiya Universitetində aksiya: 230-a yaxın adam tutuldu |
Qeyd edək ki, yanvarın 17-də Petro Milli Azadlıq Ordusunun (ELN) üsyançılarının Katatumbo bölgəsində Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin (FARC) keçmiş üzvləri tərəfindən yaradılan digər silahlı qruplarla toqquşmalarına görə sülh danışıqlarının dayandırıldığını elan edib. Silahlı Qüvvələr Katatumboya əlavə hərbçilər göndərib. Onlarla insan zorakılığın qurbanı olub, 10 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Bir neçə min üzvü olan ELN hökumətin 2016-cı ildə FARC ilə sülh sazişi imzalamasından sonra ölkədə yeganə əsas üsyançı qrup olaraq qalır. Bu sənəd yarım əsrdən çox davam edən və 250 mindən çox insanın həyatına son qoyan qanlı münaqişəyə son qoyub.
Həmidə İbrahimova
AzVision.az