Türkiyənin Hələbdəki Baş Konsulluğu fəaliyyətini bərpa edib

Türkiyənin Hələbdəki Baş Konsulluğu fəaliyyətini bərpa edib
  20 Yanvar 2025    Oxunub:388
Türkiyənin Hələbdəki Baş Konsulluğu təxminən 13 illik fasilədən sonra fəaliyyətini bərpa edib.
AzVision.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Diplomatik nümayəndəlik binası üzərində Türkiyənin dövlət bayrağı qaldırılıb. Baş Konsulluğun tədricən işçilərini artıracağını və əhaliyə xidmət göstərməyə başlayacağı bildirilir. Bir müddət öncə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ölkənin yaxın vaxtlarda Suriyanın Hələb şəhərində baş konsulluğunun açılacağını bildirmişdi.

Qeyd edək ki, ötən il dekabrın 8-də Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra Burhan Köroğlu dekabrın 12-də Dəməşqdəki müvəqqəti işlər vəkili vəzifəsinə təyin edilib. Dekabrın 14-də Türkiyənin Dəməşqdəki səfirliyi də açılıb. Son dövrlərdə iki ölkə arasında diplomatik əlaqələrin yenidən qurulması üçün müxtəlif danışıqlar və görüşlər keçirilib.

Xatırladaq ki, Türkiyənin Hələbdəki Baş Konsulluğu bir neçə il əvvəl, Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsi səbəbilə fəaliyyətini dayandırmışdı. Müharibə nəticəsində ölkədə təhlükəsizlik vəziyyəti kəskin şəkildə pisləşmişdi, bu da xarici nümayəndəliklərin, o cümlədən Türkiyə Baş Konsulluğunun bağlanmasına səbəb olmuşdu.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Türkiyə   Hələb  





Xəbər lenti