Çin KXDR-in Rusiya tərəfində döyüşməsinə qarşı deyil - "Foreign Policy"

  Çin KXDR-in Rusiya tərəfində döyüşməsinə qarşı deyil    - "Foreign Policy"
  16 Yanvar 2025    Oxunub:381
Hazırda 11 mindən çox Koreya Xalq Demokratik Respublikası(KXDR) əsgəri Ukraynaya qarşı müharibədə iştirak üçün Rusiya tərəfindədir. Onların bəziləri artıq döyüşlərə də qatılırlar. Bu amil beynəlxalq analitiklərin narahatlığına səbəb olur. Ən çox narahatlıq doğuran məqam isə Çinin Şimali Koreya əsgərlərinin kütləvi şəkildə döyüş təcrübəsi qazanması prosesində sərgilədiyi mövqedir.
Bu fikirlər Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin Hindistan-Sakit Okean Təhlükəsizlik Proqramının əməkdaşı və mərkəzin direktor müavini Ceykob Stoksun "Foreign Policy"də dərc etdiyi məqalədəndir.

Ukrayna Kurskda Şimali Koreya hərbçilərini əsir götürüb
Mütəxəssislər rəsmi Pxenyanın müharibədə Rusiya tərəfində iştirak etməsini Pekin üçün potensial reputasiya itkiləri kimi qiymətləndirir, bunun Koreya yarımadasında sabitliyin pozulması riski yaratdığını iddia edirlər. Bu, həm də Çinin arxasından Rusiya-Şimali Koreya koalisiyasının güclənməsi deməkdir ki, belə olan halda Pekin üçün müəyyən ciddi problemlər yaranır.

Lakin müəllif əslində məlum fərziyyələrin reallığa uyğun gəlmədiyini qeyd edib. Ekspert yazıb ki, Çin nəinki Pxenyanın Moskva ilə əməkdaşlığına qarşı çıxır, həm də bu məsələdə öz maraqları üçün müəyyən üstünlüklər görür.

Qeyd edək ki, KXDR hərbçilərinin Rusiya qoşunları ilə birgə döyüşlərə qatılması haqqında xəbərlər ötən ildən yayılır. Bir neçə gün öncə isə iki əsgərin əsir düşməsi bu məlumatların doğruluğunu təsdiqləmiş oldu. Bundan əvvəl Ağ Ev KXDR hərbçilərinin Kurskdakı itkilərini şərh edib. Ağ Evin müşaviri Con Kirbi bildirib ki, Rusiya bu döyüşçüləri daha çox meyit torbaları ilə təmin etməlidir. Çünki itkilər get-gedə artacaq.
Tural Tağıyev
AzVision.az



Teqlər:   KXDR   Çin   Rusiya  





Xəbər lenti