Qəzzada atəşkəs sabah elan edilə bilər

   Qəzzada atəşkəs sabah elan edilə bilər
  15 Yanvar 2025    Oxunub:312
"İsrail-HƏMAS atəşkəs danışıqlarının Qətərdə baş tutan sonuncu mərhələsində ciddi irəliləyiş var".
İsrail hökumətinin adı çəkilməyən iki ali nümayəndəsinin yerli "Walla" xəbər saytına verdiyi məlumata görə, razılaşmanın sabahadək ictimaiyyətə açıqlaması gözlənilir.
HƏMAS atəşkəs layihəsi ilə razılaşıb

Xatırladaq ki, dünən Fələstinin HƏMAS qruplaşması Qəzza zolağında İsraillə atəşkəs və əsir mübadiləsinə dair saziş layihəsini təsdiqləyib. Qətərdə baş tutan danışıqların adları gizli saxlanılan üç rəsmi iştirakçısı bu məlumatı "The Associated Press" agentliyinə açıqlayaraq təsdiqləyiblər.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   atəşkəs  





Xəbər lenti