Təyyarə qəzası qurbanlarının xatirəsi UNESCO-da anılır

   Təyyarə qəzası qurbanlarının xatirəsi UNESCO-da anılır
  27 Dekabr 2024    Oxunub:434
UNESCO Baş direktorunun müavini Firmin Eduard Matoko Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyini ziyarət edərək, "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad edib.
AzVision.az xəbər verir ki, səfir Elman Abdullayev ilə görüş zamanı F.Matoko baş vermiş faciə ilə əlaqədar UNESCO adından Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb.


Teqlər:





Xəbər lenti