20 min Çin avtomobili geri çağırılır

20 min Çin avtomobili geri çağırılır
  27 Dekabr 2024    Oxunub:335
Rusiyada 20 minə yaxın Çin avtomobili ehtiyat hissələrinin olmaması səbəbindən geri çağırılacaq.
AzVision.az xəbər verir ki, bu barədə Rosstandart məlumat yayıb.

Geri çağırma 2023-2024-cü illər arasında satılan 1405 Kaiyi X7 avtomobili, 4799 Kaiyi X3 avtomobili, 13548 Kaiyi E5 avtomobilinə aiddir.

Qeyd olunur ki, olmayan hissələrin planlı quraşdırılması bütün avtomobillərdə həyata keçiriləcək. Bütün işlər ödənişsiz olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti