Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir - FOTOLAR

   Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir -    FOTOLAR
  12 Dekabr 2024    Oxunub:970
Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində xalqımızın xilaskarı, müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin anım günü münasibəti ilə tədbirlər keçirilmişdir.
Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və hərbi qulluqçuları Fəxri xiyabanda xalqımızın dahi oğlunun əziz xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə güllər düzmüşlər.

Daha sonra Dövlət Sərhəd Xidmətinin ali zabit heyəti görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etmişlər.

Dövlət Sərhəd Xidmətinin aparatında keçirilən tədbirdə şəxsi heyət öncə Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində Ümummilli Liderin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən foto-ekspozisiya ilə tanış olmuşlar.

Əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edən tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərin­dən, tarixə öz adını əbədi həkk etmiş fenomen şəxsiy­yətin, hər bir Azər­bay­can vətəndaşının qürur mənbəyinə çevrilmiş, Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniy­yətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən söz açmışlar.

Dahi öndərin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğu qeyd edilən tədbirdə böyük dövlət xadiminin müs­təqil Azərbaycanın sərhəd mühafi­zəsinin inkişafındakı misilsiz xidmətləri min­nət­darlıq hissi ilə xatırlanmışdır.

Ulu öndərin müəllifi olduğu milli sərhəd strategiyasının Azərbaycan Respub­li­ka­sı­nın Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə yerinə yetirilməsi, ardı­cıl həyata keçirilən islahatlar sa­yə­sində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək dövlətsərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrilməsi qürur hissi ilə vurğulanmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların Heydər Əliyevin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların davamı olduğu xüsusi qeyd edilmişdir.

Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş “Heydər Əliyev – Xilaskar ömrü” sənədli filmi nümayiş etdirilmişdir.
https://dsx.gov.az/news/1838

Qalereya




Teqlər:





Xəbər lenti