Müdafiə naziri Türkiyənin ordu generalı ilə görüşdü

   Müdafiə naziri Türkiyənin ordu generalı ilə görüşdü
  12 Dekabr 2024    Oxunub:720
Müdafiə naziri Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti ilə bağlı Türkiyə nümayəndə heyətini məlumatlandırıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti ilə bağlı məlumatlandırıb.

O, Ermənistanın yenidən silahlandırılmasının regionda sülhün və sabitliyin qorunmasına mənfi təsir etdiyini vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti