Azərbaycan insan hüquqları sahəsində mühüm nailiyyətlər əldə edib
"Müvəkkil Azərbaycan vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır. Qeyd etmək istəyirəm ki, ombudsman uşaqlar, qadınlar, əlilliyi olan şəxslər, ahıllar, şəhid ailələri və müharibə veteranları, hərbi qulluqçular, sosial cəhətdən həssas digər əhali qruplarının hüquqlarının müdafiəsində ayrı-seçkiliyə yol vermir".
Ombudsman çıxışında qeyd edib ki, Azərbaycan insan hüquqları sahəsində mühüm nailiyyətlər əldə edərək bir çox parametrlər üzrə inkişaf edən ölkələr sırasındadır:
“Son illərdə insan hüquqları sahəsində əldə olunmuş uğurlar bir daha təsdiq edir ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş genişmiqyaslı siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün prioritet çağırışlarına uyğun olaraq uğurla davam etdirilir və bu, bizi dövlətin ali məqsədini təmin etmək naminə daha əzmlə çalışmağa səsləyir. Ulu Öndər Heydər Əliyevin insan hüquqları sahəsindəki irsi dövlətimizin və xalqımızın gələcəyi üçün əvəzsiz bir sərvətdir.
Bu yol təkcə hüquqi təminat deyil, həm də sosial ədalət, şəffaflıq və insanlara qarşı hörmət prinsiplərinə əsaslanır. Bu sahədə qarşıya çıxan vəzifələr hər birimizin üzərinə böyük məsuliyyət qoyur. Gəlin birlikdə fəaliyyətimizi daha da inkişaf etdirək, hüquqi və sosial sahədə yeni uğurlara imza ataq, qarşılıqlı əməkdaşlıqda hər kəsin hüquqlarını qorumağa və hüquqi düşüncəni inkişaf etdirməyə öz töhfəmizi verək”, - deyə S. Əliyeva fikrini yekunlaşdırıb.
AzVision.az
Teqlər: