Özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə vəd edir? – ŞƏRH

   Özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə vəd edir? –    ŞƏRH
  11 Dekabr 2024    Oxunub:458
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, qeyri-dövlət (özəl) pensiya fondlarının yaradılması üçün 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır.
Bəs, özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə vəd edir?

Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, əksər inkişaf etmiş dövlətlərdə vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər.

Onun sözlərinə görə, özəl pensiya fondu vətəndaşların pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl fonddan da pensiya ala bilməsinə imkan verir:

Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq
"Bu da təbii ki, pensiya məbləğinin artmasına gətirib çıxarır. Bu kontektdən, oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğundur. Özəl pensiya fondu yaradılarsa, məsələn vətəndaş pensiya çıxan zaman əgər onun pensiya məbləği 500 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlər nəticəsində əlavə olaraq 300 manat almaq imkanı qazanacaq. Təbii ki, özəl fonddan ödənilən pensiya məbləği birbaşa yığımlardan asılı olacaq. Bu zaman daha çox yığım daha çox pensiya məbləği demək olacaq".

Deputat onu da qeyd edib ki, özəl pensiya fondunun etibarlılığı da çox önəmlidir:

"Çünki belə pensiya fondlar yaranarsa, vəsaitlər manatla yığılacaq və onun idarə edilməsi həyata keçiriləcək. Ona görə də, burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması önəm daşıyır. Bu baxımdan, özəl pensiya fondları yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyasının həyata keçirilməsi və valyuta risklərinin sığortalanması məqsədəuyğun olardı. Ona görə də mexanizmin daha təkmil şəkildə hazırlanıb, təqdim edilməsi vacibdir.

Qeyd edək ki, pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada geniş yayılan bir praktikadır. Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə belə fondlar fəaliyyət göstərir".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   özəlpensiyafondları  





Xəbər lenti