Bakının ABŞ-nin təklifindən imtinasının 3 hədəfi - ŞƏRH

   Bakının ABŞ-nin təklifindən imtinasının 3 hədəfi -    ŞƏRH
  08 Dekabr 2024    Oxunub:986
"ABŞ dövlət katibi Entoni Blinkenin ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirmək istəyi Bayden Administrasiyasının Ağ Evi tərk etməmişdən öncə demokratların aktivinə daha bir xal yazdırmaq məqsədi daşıyırdı".
AzVision.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı Bakının İrəvanla görüşdən imtina səbəbini şərh edərkən deyib.

“Ermənistandan məsuliyyət gözləyirik” — Ceyhun Bayramov
Onun sözlərinə görə, bu görüş sadəcə “topal ördəyin” işinə yarayacaqdı və sülh danışıqlarının irəliləməsi baxımından əlverişsiz olacaqdı:

“Bakı bununla sülh danışıqlarının post-Bayden dövrünə saxlamaqla Trampa jest edir. Səbəbin “Bayden Administrasiyasının Azərbaycanla bağlı ədalətsiz siyasəti” olduğunu göstərən Bakı bununla Ağ Evin gələcək administrasiyasına “ABŞ-nin bölgədəki proseslərdə iştirakı Azərbaycanla münasibətlərdən asılı olacaq” mesajını verir”.

Qeyd edək ki, Blinken ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Blinken bu görüşün baş tutması üçün israrla vasitəçilik etmək istəyib. Lakin Azərbaycan tərəfi Blinkenin görüşün keçirilməsi təklifindən qəti imtina edib.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:   Azərbaycan   ABŞ  





Xəbər lenti