Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir

Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir
  06 Dekabr 2024    Oxunub:681
Rumıniya Hökumətinin Baş Katibliyinin nümayəndə heyəti “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və burada tətbiq olunan innovativ həllərlə yaxından tanış olmaq məqsədilə ölkəmizə səfər edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər bu il oktyabrın 8-də imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Rumıniya Hökumətinin Baş Katibliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunun icrası çərçivəsində həyata keçirilib.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə keçirilən görüşdə tərəflər arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti, “ASAN xidmət” təcrübəsinin Rumıniyada tətbiqi istiqamətində həyata keçirilməsi planlaşdırılan məsələlər barədə məlumat verilib.

Səfər çərçivəsində “ASAN xidmət” və burada tətbiq olunan innovativ həllərlə bağlı Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən geniş təqdimatlar edilib və müzakirələr aparılıb.

Bundan başqa, qonaqlar Bakı və Şamaxıda yerləşən “ASAN xidmət” mərkəzlərinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar “ASAN xidmət”in, “ABAD” publik hüquqi şəxsin, “Bilim Bakı” mərkəzinin, 108 Çağrı Mərkəzinin və ASAN Radio/TV-nin fəaliyyəti ilə tanış olublar.

Səfərin yekunu olaraq tərəflər Anlaşma Memorandumunun icrası çərçivəsində 2025-2026-cı illər üzrə Birgə Əməkdaşlıq Proqramının hazırlanmasına dair razılığa gəliblər.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti