Ukrayna paradoksu: Kiyev Rusiya aviasiyasını necə gücləndirib?

  Ukrayna paradoksu:  Kiyev Rusiya aviasiyasını necə gücləndirib?
  27 Noyabr 2024    Oxunub:302
Ukraynanın ikinci prezidenti Leonid Kuçma diqqət çəkən açıqlamalar verib.
O, "Azadlıq Radiosu"na müsahibəsində deyib ki, Ukraynanın 25 il əvvəl Rusiya Federasiyasına verdiyi bombardmançı təyyarələr Kiyevdə qalsaydı, onlar müharibədə ciddi kömək etməyəcəkdilər.

Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Siyasətçinin sözlərinə görə, həmin strateji bombardmançı təyyarələr Ukrayna Silahlı Qüvvələrinin (VSU) ixtiyarında olsa belə, bu işğalçılardan müdafiədə o qədər də effektli olmayacaq.

“Rusiyanın X-55 sinifli raketlərə müqavimət göstərə bilən hava hücumundan müdafiə sistemləri var. Hansı ki, müharibənin ilk günlərində nəhəng ölçülərə malik və nisbətən aşağı sürətli bombardmançılar həm havada, həm də aerodromlarda Rusiya silahlarının ovuna çevriləcəkdilər”, - Kuçma deyib.

O əlavə edib ki, strateji silahlar Ukraynaya uyğun gəlmir: “Bizim raket sınağı meydançalarımız yox idi. Hətta bu silahları işlətmək üçün kifayət qədər ərazimiz də olmayıb. Axı, strateji silahlar strateji məkan tələb edir...”.

Qeyd edək ki, jurnalistlər bir müddət öncə müəyyən ediblər ki, Ukraynanın təhvil verdiyi ən azı altı Tu-160 təyyarəsi hazırda Rusiya ordusunda istifadə olunur. Bundan əlavə, Ukrayna hakimiyyəti tərəfindən təhvil verilən təyyarələr arasında Tu-95MS bombardmançıları da aşkarlanıb. Ruslar onları “Krasnoyarsk”, “Sevastopol”, “İzborsk” adlandırırlar.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az

Qalereya




Teqlər:   Rusiya   Ukrayna  





Xəbər lenti