ABŞ və Yaponia Tayvan üzrə birgə plan hazırlayırlar

   ABŞ və Yaponia Tayvan üzrə birgə plan hazırlayırlar
  25 Noyabr 2024    Oxunub:304
ABŞ və Yaponiyanın Silahlı Qüvvələri dekabr ayı ərzində Tayvanda hərbi böhran baş verəcəyi təqdirdə birgə əməliyyatların ilk planını hazırlamaq niyyətindədirlər. Bu plana, xüsusən də qonşu Filippində və Yaponiyanın cənub-qərbində Amerika raket qüvvələrinin yerləşdirilməsi daxildir.
AzVision.az xəbər verir ki, Yaponiyanın “Kyodo News” agentliyinin mənbələr istinadən yaydığı məlumata əsasən, Tayvan yaxınlığında böhran baş verərsə, bütün bu geniş ərazi müharibə teatrına çevriləcək.

“Yaponiyanın Küsyü adasındakı Kaqosima prefekturası ilə Okinava prefekturasının ən uzaq cənub-qərbi arasındakı adalarda ABŞ Dəniz Piyadaları korpusunun sahil alayının ayrı-ayrı bölmələri geniş şəkildə yerləşdiriləcək, xüsusən də bu ərazilər “HIMARS” çoxsaylı yaylım atəşli raket sistemləri ilə təchiz ediləcək. Yaponiya Silahlı Qüvvələri onlara sursat və yanacaq verməklə maddi-texniki dəstək göstərəcək”, - agentliyin mənbələri bildiriblər.

Buna parallel olaraq, Filippinin şimalında Amerika raket bölmələrinin, kosmik rabitənin və rəhbərliyin, kiber və elektron müharibə qruplarının yerləşdiriləcəyi vurğulanır.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: ABŞ   Yaponiya   Tayvan  





Xəbər lenti