Xamenei: "BCM həbs yox, edam hökmü çıxarmalı idi"

      Xamenei:    "BCM həbs yox, edam hökmü çıxarmalı idi"
  25 Noyabr 2024    Oxunub:299
"Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrail liderləri, o cümlədən Baş nazir Benyamin Netanyahu üçün həbs yox, ölüm hökmü verməli idi".
Bu sözləri İranın ali dini lideri Əli Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yarımhərbi "Bəsic" Qüvvələrinin üzvləri ilə görüşündə dilə gətirib. O vurğulayıb ki, "düşmən İsrail Qəzzada və Livanda qalib gəlməyəcək".

"Onlar düşünməsinlər ki, insanların evlərini, yaşayış məntəqələrini, xəstəxanaları bombaladıqları üçün qalib gəliblər. Xeyr, bu qələbə yox, müharibə cinayətləridir. Onlara verilən həbs qərarı kifayət deyil, ölüm hökmü çıxarılmalıdır", - o söyləyib.
Vaşinqton Haaqa Məhkəməsinin qərarından narazıdır

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş nazir Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallant barəsində Qəzza zolağındakı müharibə ilə əlaqədar ötən həftə həbs orderi verib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   İsrail   həbs  





Xəbər lenti