Tramp Baydenin yolunu gedəcəkmi? Yanvarda bilinəcək

  Tramp Baydenin yolunu gedəcəkmi?  Yanvarda bilinəcək
  24 Noyabr 2024    Oxunub:364
"ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Cozef Baydenin siyasətini davam etdirib-etdirməyəcəyi yalnız yanvarda keçiriləcək inauqurasiyadan sonra bəlli olacaq".
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Moskva Putin” verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində deyib.

Kreml sözçüsü vurğulayıb ki, heç kim Trampın gələcək addımları, qərarları ilə bağlı qabaqcadan bir şey deyə bilməz.

“Tramp Baydenin yolunu davam etdirəcək, yoxsa yox, heç kim bilmir. Bu, yalnız yanvarın 3-cü rübündə bəlli olacaq”, - Peskov bildirib.

Qeyd edək ki, Donald Trampın andiçmə mərasimi 20 yanvar, 2025-ci ildə keçiriləcək.

Səbinə Həsənova
AzVision.az


Teqlər:





Xəbər lenti