Əmək pensiyaları “ASAN xidmət”də

  20 Aprel 2013    Oxunub : 423
Əmək pensiyaları “ASAN xidmət”də
Sağlamlıq imkanları məhdud uşağı olan analara əmək pensiyası “ASAN”da
“ASAN xidmət”dən AzVision.az-a verilən məlumata görə, sağlamlıq imkanları məhdud olan analara əmək pensiyaları təyin olunacaq. Artıq bu xidmət ASAN-da gerçəkləşdiriləcək. Qeyd edək ki, əlilliyi uşaqlıqdandırsa ən azı 10 il stajı olmaqla güzəştlə 5 il tez çıxa bilər.

Xatırladaq ki, yanvarın 15-dən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 nömrəli “ASAN xidmət” mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayıb. “ASAN xidmət” mərkəzində 9 dövlət orqanı – Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə FonduMilli Arxiv İdarəsi tərəfindən 23 adda hüquqi xidmət həyata keçirir.

Teqlər: