“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və ADA Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir.
“Nar” bu təşəbbüslə elm və təhsilə verdiyi dayanıqlı dəstəyin bir hissəsi olaraq, uşaq hüquqlarının qorunması və rəqəmsal mühitdə təhlükəsiz davranış qaydalarının öyrədilməsi işinə mühüm töhfə verir. Xüsusilə regionlarda həyata keçirilən bu layihə gələcək nəsillərin təhlükəsiz rəqəmsal mühitdə böyüməsi üçün vacib platforma yaradır.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
AzVision.az
Teqlər: