Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər
Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sədr məhkəmə hakimiyyətinin nüfuzunun artırılması istiqamətində görülmüş işlərdən danışıb, yeni hakimlərə şərəfli hakim adını hər zaman uca tutmağı, ədalətli, vicdanlı və məsuliyyətli olmağı tövsiyə edib.
Sonra hakimlər növbə ilə andiçmə üçün kürsüyə dəvət olunub. Onlar “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına and içiblər.
Hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyim forması və xidməti vəsiqə təqdim olunub. Daha sonra yeni təyin olunmuş hakimlər Cavanşir Nəbiyev və Aytəkin İbrahimova çıxış edərək, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına və ədalət mühakiməsinin prinsiplərinə dönmədən əməl edəcəklərinə söz veriblər.
AzVision.az
Teqlər: