Dijital dünyada maliyyə təhlükəsizliyi
Maliyyə təhlükəsizliyi tədbirləri
Demək olar ki, indi mobil cihazlardan istifadə etməyən yoxdur. İnternetə bağlı olan bütün cihazlar müxtəlif risklər daşıyır. Bu risklərə maliyyə və şəxsi məlumatların yayılması da daxildir. Bəs bu risklərdən necə qorunmaq lazımdır? Aşağıda bir neçə əsas tədbirləri görəcəksiniz:
• Şübhəli e-poçt və mesajları açmayın
• Güclü şifrələrdən istifadə edin
• İki faktorlu doğrulama yaradın
• Antivirus və Antimalware proqramlarından yararlanın
• Bildirişləri aktiv edin
• Bank hesablarınızı mütəmadi yoxlayın
Güclü şifrələr istifadə etməklə dijital təhlükəsizliyinizi qoruya bilərsiniz. Bu üsul sadə görünsə də çox effektivdir. Ən azı 8-12 simvoldan ibarət olan şifrə yaradın. Bura həm hərfləri, rəqəmləri, həm də xüsusi simvolları əlavə edin. Eyni şifrəni başqa platformalarda istifadə etməyin. Hər hesab üçün fərqli şifrələrdən istifadə edin. Şifrələri mütəmadi olaraq yeniləyin.
Kriptovalyutalar və Blokçeyn texnologiyası
Kriptovalyutalar dijital dünyada populyarlaşmağa başlayır. Təbii ki, onlardan təhlükəsiz şəkildə istifadə etməkdən ötrü xüsusi təhlükəsizlik tədbirləri tələb olunur. Maliyyə vəsaitlərini qorumaq üçün soyuq pul kisələrindən istifadə etməyi məsləhət görürük.
Teqlər: Maliyyə