İran və Rusiya Azərbaycandan Fars körfəzinə qədər dəmir yolunun çəkilməsini müzakirə edirlər

İran və Rusiya Azərbaycandan Fars körfəzinə qədər dəmir yolunun çəkilməsini müzakirə edirlər
  17 Noyabr 2024    Oxunub:260
İran və Rusiya İranın Azərbaycanla sərhəddə yerləşən Parsabad şəhərindən İranın Fars körfəzindəki ən böyük Bəndər-Abbas limanına qədər Rusiya standartı ilə dəmir yolunun tikintisi ilə bağlı danışıqlar aparır.
AzVision.az İran prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının Moskvadakı səfiri Kazım Cəlali deyib.

“Rəşt-Astara dəmir yolu xətti ilə yanaşı, Rusiya Parsabaddan Bəndər-Abbasa qədər Rusiya standartlı dəmir yolunun tikintisinə sərmayə qoymaq istəyirlər”, - K.Cəlali Tehranda İran prezidenti Məsud Pezeşkian ilə görüşündə deyib.

Öz növbəsində, Pezeşkian qeyd edib ki, "dəmir yollarının şimaldan cənuba doğru genişləndirilməsi ölkənin xalqına və iqtisadiyyatına xeyir verir, Rusiya və İranın iqtisadi ehtiyaclarını ödəyə bilər".

O eyni zamanda Rəşt-Astara marşrutunun tikintisinin sürətləndirilməsi barədə göstəriş verib.

AzVision.az



Teqlər:





Xəbər lenti