COP29 çərçivəsində şəhid övladları üçün ustad dərsləri təşkil edilir

COP29 çərçivəsində şəhid övladları üçün ustad dərsləri təşkil edilir
  17 Noyabr 2024    Oxunub:279
“Shokki Mokki” markası, COP29 çərçivəsində “Yaşıl zona”da şəhid, qazi övladları və həssas qrupa aid uşaqlar üçün xüsusi ustad dərsləri təşkil edib.
17 noyabr tarixində keçirilən bu tədbir, markanın “Məktəbim” layihəsi çərçivəsində həyata keçirilib.
“Shokki Mokki”, sosial məsuliyyəti dərk edən və cəmiyyətə faydalı olmağı prioritet edən bir marka olaraq Bakıda və bölgələrdə həssas qrupa daxil uşaqların məktəbəqədər təhsillə təmin edilməsinə töhfə verir.
Qeyd edək ki, COP29 tədbirlərinin keçirildiyi Yaşıl zonada 18 noyabr tarixində hər kəsə açıq ustad dərsləri təşkil ediləcək. “Shokki Mokki” hər kəsi bu tədbirdə iştirak etməyə dəvət edir.

AzVision.az



Qalereya




Teqlər:





Xəbər lenti