“Azərsun Holdinq” Yaşıl Zonada “Gələcək Dayanıqlılığının Təminatçıları” mövzusunda tədbir keçirəcək

“Azərsun Holdinq” Yaşıl Zonada “Gələcək Dayanıqlılığının Təminatçıları” mövzusunda tədbir keçirəcək
  17 Noyabr 2024    Oxunub:429
COP29-un Dayanıqlı İnkişaf tərəfdaşı “Azərsun Holdinq” qlobal iqlim və dayanıqlı inkişaf məsələlərinə dair çoxsaylı təqdimatlar və seminarlar təşkil edir. Şirkət, son bir neçə gündür ki, Yaşıl zona pavilyonunda süni intellekt, təkrar emal və sağlam həyatla bağlı bir sıra mühüm mövzular ətrafında müzakirələr təşkil edir. Tədbirlərdə media nümayəndələri, müxtəlif şirkət əməkdaşları və digər tərəfdaşlar iştirak edirlər.
AzVision.az xəbər verir ki, növbəti tədbir 18 noyabr saat 10:00-11:00 arası Yaşıl Zona Kainat zalında “Gələcək Dayanıqlılığının Təminatçıları: İqlim Fəaliyyəti Üçün İqlim Çempionlarının Yetişdirilməsi” adlı panel müzakirəsi keçiriləcək. Tədbirin çıxışçılarından biri də “Azərsun Holdinq”in Yağ və Sous katerqoriyasının baş direktoru Zöhrə Xəlilzaddır. Panel müzakirəsində iqlim dəyişikliyi ilə mübarizə, davamlı inkişaf və bu sahədə fəaliyyət göstərən gənc liderlərin rolunun artırılması mövzuları müzakirə olunacaq.

Azərsun Holdinq, 1991-ci ildən bəri Azərbaycanda fəaliyyət göstərən və dayanıqlı inkişafı təmin etmək üçün müxtəlif strateji layihələr həyata keçirən önəmli bir şirkət olaraq, COP29-un Dayanıqlı İnkişaf tərəfdaşı kimi ölkəmizdəki qlobal iqlim tədbirlərində fəal iştirak edir. Şirkət, uzun illərdir ki, ətraf mühitin qorunması və sosial məsuliyyət mövzularında yüksək standartları təmin edərək, müxtəlif sektorlarda innovativ yanaşmalar tətbiq edir.

AzVision.az



Teqlər:





Xəbər lenti