Qrenadanın Baş nazirinin Azərbaycana səfəri başlayıb

Qrenadanın Baş nazirinin Azərbaycana səfəri başlayıb
  12 Noyabr 2024    Oxunub:464
Qrenadanın Baş naziri Dikon Miçel BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 12-də Azərbaycana səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Dikon Miçeli elm və təhsil nazirinin müavini Həsən Həsənli və digər rəsmi şəxslər qarşılayıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti