Tuvalunun Baş naziri ölkəmizə gəlib

Tuvalunun Baş naziri ölkəmizə gəlib
  09 Noyabr 2024    Oxunub:740
Tuvalunun Baş naziri Feleti Teo BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 9-da Azərbaycan Respublikasına səfərə gəlib.
AzVision.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər qarşılayıblar.

AzVision.az


Teqlər: Tuvalu   Baş-nazir   COP29   səfər  





Xəbər lenti