Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün hər şeyi edəcəyik - Putin

 Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün hər şeyi edəcəyik -    Putin
  05 Noyabr 2024    Oxunub:285
"Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün bundan sonra da hər şeyi edəcək".
AzVision.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin səfirlik etimadnaməsinin təqdimetmə mərasimində deyib.

Kursk Ukrayna ordusundan tam azad olunacaq - Putin
Onun sözlərinə görə, Rusiyanın Ermənistan və Azərbaycanla əməkdaşlığı eyni ruhda qurulub:

"Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Zaqafqaziyada davamlı sülhün təmin olunması üçün hər şeyi etmişik və edirik. 2020-2022-ci illər üçün ən yüksək səviyyədə sülh müqaviləsi, dövlət sərhədinin delimitasiyası və məlum üçtərəfli sazişlərə uyğun olaraq iqtisadi və nəqliyyat əlaqələrinin bloklanması üzrə işlərə yardım göstərməyə davam edəcəyik".

Rusiya Federasiyasının Prezidenti, həmçinin Ermənistan və Azərbaycan liderlərinin Kazanda keçirilən BRİKS sammitinin platformasından yararlandıqlarını, regionda davamlı sülh və millətlərarası harmoniyaya nail olunması ilə bağlı fundamental məsələlər ətrafında faydalı söhbət apardıqlarını xatırladıb.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   VladimirPutin   Rusiya   Azərbaycan   Ermənistan  





Xəbər lenti