Mərkəzi Bank “Bakı Fond Birjası”na xəbərdarlıq etdi

   Mərkəzi Bank “Bakı Fond Birjası”na xəbərdarlıq etdi
  05 Noyabr 2024    Oxunub:890
Azərbaycan Mərkəzi Bankı “Bakı Fond Birjası”na rəsmi xəbərdarlıq edib.
Bu barədə AzVision.az -a AMB-dən bildirilib. Məlumata görə, Mərkəzi Bank tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Bakı Fond Birjası” QSC-nin “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 46. 2 və 46. 3-cü maddələrinə riayət etmədiyi müəyyənləşdirilib.

Qeyd edək ki, sözügedən maddələrə əsasən BFB-nin daxili qaydaları və ya onlara edilmiş dəyişikliklər təsdiq edildiyi tarixdən etibarən beş iş günündən gec olmayaraq açıqlanmalıdır və Mərkəzi Banka təqdim etməlidir. BFB isə bu qaydaya riayət etməyib.

AzVision.az



Teqlər:





Xəbər lenti