Mexikoda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

   Mexikoda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
  04 Noyabr 2024    Oxunub:766
Mexiko Ştatının Muxtar Universitetində (“Universidad Autónoma del Estado de Mexico”) Azərbaycanın Zəfər Gününə həsr edilmiş mühazirə keçirilib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, tədbirdə paytaxt Mexikoda fəaliyyət göstərən “Yaxshi” təşkilatının rəhbəri Sevda Verdiyeva, yerli və xarici tələbələr iştirak ediblər.

Sevda Verdiyeva çıxış edərək tələbələrə ölkəmizin tarixi, mədəniyyəti, geosiyasi önəmi, o cümlədən Qarabağ həqiqətləri barədə geniş məlumat verib. Təşkilat rəhbəri Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidləri yad edərək 8 Noyabr – Zəfər Gününün xalqımız üçün önəmindən danışıb. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən, eləcə də beynəlxalq münasibətlərdəki təsir və nüfuzundan bəhs edib.

Mühazirə iştirakçıların böyük marağına səbəb olub.

“Yaxshi” təşkilatından bu istiqamətdə fəaliyyətin genişləndiriləcəyi, məlumatlandırma tədbirlərinin sayının artırılacağı bildirilib. Cari ilin iyun ayından fəaliyyət göstərən təşkilat Azərbaycanın tarixi həqiqətlərini, zəngin mədəniyyətini təbliğ edir.

AzVision.az



Teqlər:





Xəbər lenti