Azərbaycan gələn il BRİKS-ə qoşula bilər

 Azərbaycan gələn il BRİKS-ə qoşula bilər
  03 Noyabr 2024    Oxunub:1209
Azərbaycanın BRİKS-ə qoşulması məsələsi 2025-ci ildə həllini tapacaq
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRİKS televiziyasına müsahibəsində deyib.

"Maraqlanan dövlətlərin BRICS-ə tamhüquqlu üzvlüyü məsələsinə 2025-ci ildə baxılacaq", deyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bu ilin avqustunda Azərbaycanın BRİKS-ə qoşulmaq üçün rəsmi ərizə təqdim etdiyini bildirmişdi.

Lavrov onu da qeyd edib ki, BRİKS tədbirlərində sadəcə iştirak etmək istəyən ölkələrin sayı otuzdan çoxdur. Bundan əlavə, ondan çox dövlət potensial tərəfdaş kimi BRİKS üzvlərinin ümumi dəstəyindən istifadə edir. Onlara müvafiq dəvətnamələr göndərilib.

“Bizim razılaşmamız var, dəvət edilən ölkədən cavab alan kimi bu dövlətin BRİKS-ə tərəfdaş kimi qoşulduğu elan ediləcək "- Lavrov əlavə edib.

Bundan əvvəl Hindistanın Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval bildirmişdi ki, onda olan məlumata görə, azı 13 ölkə BRİKS tərəfdaşı statusu alıb.

BRICS 2006-cı ildə Rusiya, Çin, Hindistan və Braziliya tərəfindən yaradılmış dövlətlərarası birlikdir; Rusiya 2024-cü il yanvarın 1-dən təşkilatın sədridir. 2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulub.

Məhəmmədəli Həsənli
AzVision.az




Teqlər:





Xəbər lenti