Almaniyanın vitse-kansleri Rusiya qazını Almaniya üçün “dərman” adlandırıb
“Almaniya Rusiyanın ucuz qazından və daim yüksələn Çin bazarından həddən artıq asılı idi. Birdən başa düşürsən ki, əslində dopinq qəbul edirsən”.
Habek əlavə edib ki, Almaniya hazırda həddən artıq asılılığının əvəzini rəqabət qabiliyyəti ilə ödəyir. Bu baxımdan Berlin bu asılılığı azaltmaq üçün investisiyalarını artırmaq niyyətindədir.
Bundan bir qədər əvvəl Habek Almaniyanın Rusiya qazı çatışmazlığını uğurla aradan qaldırdığını bildirmişdi.
Hələ avqust ayında Habek ölkənin qeyri-qənaətbəxş iqtisadi inkişafını etiraf etmişdi. Hələ o zaman Almaniyada özəl və dövlət investisiyalarının həcminin artırılmasının zəruriliyindən danışırdı.
AzVision.az
Teqlər: