Ərdoğan: “Azərbaycan və Ermənistan səmimi səylər göstərirlər”

      Ərdoğan:    “Azərbaycan və Ermənistan səmimi səylər göstərirlər”
  29 Oktyabr 2024    Oxunub:858
Ankara Ermənistan-Azərbaycan sülh prosesi məsələsində Bakı ilə koordinasiyalı işi davam etdirəcək
AzVision.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasında belə bəyanatla çıxış edib.

“Biz qardaş Azərbaycan və Ermənistanın bu istiqamətdə səmimi səylərini görürük və Ankara prosesi izləməyə davam edəcək. İndi davamlı sülh üçün unikal imkan var. Ümid edirik ki, kənar qüvvələr prosesi sabotaj edə bilməyəcək və tezliklə xoş xəbərlər eşidəcəyik. Biz bundan sonra da azərbaycanlı qardaşlarımızla koordinasiyalı fəaliyyət göstərəcəyik”, - Türkiyə prezidenti Ankaranın mövqeyini bir daha beynəlxalq ictimaiyyətə çatdırıb.

Oktyabrın 18-də İstanbulda “3+3” regional platformasının nazirlər toplantısının keçirildiyini qeyd edən Ərdoğan, Ankaranın bu məhsuldar platformanı institusional meydançaya çevirmək istədiyini vurğulayıb.

Xatırladaq ki, “3+3” platforması çərçivəsində keçirilən həmin förüşdə Rəcəb Tayyib Ərdoğan Ankaranın Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi istiqamətində səyləri dəstəklədiyini bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   Azərbaycan   Ermənistan  





Xəbər lenti